Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: WUF13 qlobal dialoq və tərəfdaşlıq platformasına çevrildi

22.05.2026 [17:35]

Xəbərin mətni

Azərbaycan xalqına səmimi-qəlbdən təşəkkür edirəm. Onların açıqürəkliliyi və qonaqpərvərliyi WUF13-ün uğuruna böyük töhfə verdi və tədbir boyunca dostluq, birlik və ortaq məqsəd mühitinin yaradılmasına kömək etdi. Bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.