Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrildi

22.05.2026 [17:39]

Xəbərin mətni

Prezident İlham Əliyevin təşəbbüsü ilə forum tarixində ilk dəfə keçirilən Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrildi. Bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.