IOM rəsmisi: Mənzil insan üçün yalnız iqtisadi deyil, sosial dəyər və təhlükəsizlik məsələsidir
22.05.2026 [18:10]
Xəbərin mətni
İnsanları mənzillə təmin etmək mövzusu çox vacibdir. Çünki burada təkcə mənzil məsələləri deyil, həmçinin mənzil maliyyələşməsi, əlçatanlıq, bu sahədəki çətinliklər, iqlim miqrasiyası və mobillik problemləri də müzakirə olunur. Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Pakistan üzrə bərpa və dayanıqlı həllər üzrə müşaviri Sumera Izhar deyib.