Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Azərbaycanı yüksək səviyyədə təşkilatçılığa görə təbrik edirəm

22.05.2026 [18:12]

Xəbərin mətni

Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə ürəkdən təbrik edirəm. Sizin dəstəyinizə, qonaqpərvərliyinizə və burada keçirdiyimiz vaxtın uğurlu olmasına yaratdığınız şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduq. Xüsusilə gənc könüllülər bizə böyük dəstək göstərdilər, istiqamət verdilər və fikir mübadiləsi aparmaqda kömək etdilər. Onlara xüsusi təşəkkürümü bildirirəm. Bu fikirləri 2028-ci ildə WUF14-ə ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında söyləyib.