Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək
22.05.2026 [18:23]
Xəbərin mətni
“Sea Breeze” və “Bakı Ağ Şəhər” layihələri arasında əməkdaşlıq haqqında saziş Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində imzalanıb. Bu platforma iki iri layihənin səylərinin birləşdirilməsi üçün ən uyğun məkan hesab olunur. Bu barədə WUF13 çərçivəsində “Sea Breeze” pavilyonunda jurnalistlərə açıqlamasında “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.