Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir
22.05.2026 [18:55]
Xəbərin mətni
Bu gün üzləşdiyimiz çağırışlar o qədər təcili, bir-biri ilə bağlı və mürəkkəbdir ki, hökuməti, icmaları, gəncləri, elmi dairələri, vətəndaş cəmiyyətini və bütün maraqlı tərəfləri bir masa arxasında əyləşməyə və həll yollarını birlikdə formalaşdırmağa vadar edir. Bu sözləri UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.