Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jonathan Oriki Some: Gələcək nəsillərə mehriban, inklüziv və ədalətli şəhərlər quraq

22.05.2026 [18:57]

Xəbərin mətni

Çıxışımı Azərbaycanın gözəl övladlarının ifa etdiyi mahnıdan gələn gözəl sözlərlə yekunlaşdıraraq demək istəyirəm ki, onlar həmrəylik, ümid və sülh üzərində qurulmuş gələcəkdən oxuyurdular. Onlar bizə xatırlatdılar ki, bu gün verdiyimiz qərarlar sabah onların miras alacaqları dünyanı formalaşdıracaq. Bu sözləri UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.