Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir

22.05.2026 [19:07]

Xəbərin mətni

Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli, birgə və təxirəsalınmaz cavab tədbirləri tələb edir. Bu fəaliyyətə çağırışın mərkəzində mənzil təminatının yenidən prioritetləşdirilməsi dayanır. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində ADA Universitetinin dosenti Anar Vəliyev deyib.