Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sloveniya rəsmisi: Azərbaycana yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm

22.05.2026 [19:08]

Xəbərin mətni

WUF13 çox yaxşı təşkil olunmuş mühüm qlobal platformadır. Burada şəhərlərin gələcəyi ilə bağlı vacib məsələlər müzakirə olundu. Bunu AZƏRTAC-a açıqlamasında Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Enerji Nazirliyinin katibi Espoo Konvensiyası və SEQ Protokolu üzrə İşçi qrupun üzvü Vesna Kolar Planinşiç deyib.