Müşavir: Azərbaycan 50-dən çox dövlət proqramı və strategiyasını DİM hədəfləri ilə uyğunlaşdırıb
22.05.2026 [19:32]
Xəbərin mətni
2030-cu ilə gedən yolun yarısına çatdığımız bu dövrdə xatırlayırıq ki, qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) hədəflərinin 83 faizi hələ də yerinə yetirilməmiş qalır. Bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.