Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT rəsmisi WUF13-ə uğurlu ev sahibliyinə görə Azərbaycanı təbrik edib

22.05.2026 [19:36]

Xəbərin mətni

Bu qədər qarışıq və çətin bir dünyada Azərbaycan vacib məsələləri ön plana çıxarmağın nümunəsini göstərir: yaşıl inkişafı prioritet etmək, dayanıqlı şəhərləri önə çəkmək və özümüzün, eləcə də övladlarımızın gələcəyi ilə bağlı məlumatlı qərarlar qəbul etməyimizi təmin etmək. Ümumdünya Şəhərsalma Forumu (WUF13) həqiqətən çox mühüm təşəbbüsdür və mənə deyildiyi kimi, bu tarixdə keçirilən ən böyük sessiyadır. Mən bu fürsətdən istifadə edərək, WUF13-ün uğurlu təşkilinə görə Azərbaycanı bir daha təbrik etmək istəyirəm. Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.