Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünya şöhrətli müğənni Rəşid Behbudovu xatırlayırıq

09.06.2020 [10:37]

İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 31 ili tamam olur.
Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.