Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir

02.06.2026 [17:44]

Xəbərin mətni

“Heydər Əliyev adına təqaüd”ə layiq görülmək mənim üçün hər zaman böyük qürur hissi olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Uzun müddət düşünürdüm ki, musiqi istiqaməti üzrə bu təqaüdü qazanan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi Kənan Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbəsi Hüseyn Nağıyevlə birgə eyni səhnədə bir araya gəlib, konsert proqramı ilə çıxış edək. Üçlükdə Ümummilli Liderin əziz xatirəsinə yaddaqalan bir layihə ortaya qoyaq. Layihənin yaranma ideyası və konsepti də belə formalaşdı və biz bunu bacardıq.