Olimpiya Günü veteran olimpiyaçıların iştirakı ilə qeyd olunub
30.06.2026 [13:14]
Xəbərin mətni
Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Olimpiya Gününün tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə 1948-ci ildən qeyd olunan bu gün sağlam həyat tərzinin və idmanın təbliğinə xidmət edir.