Voleybol millisinin kapitanı: Avropa çempionatında ilk hədəfimiz qrupdan çıxmaqdır
07.07.2026 [15:10]
Xəbərin mətni
Artıq ikinci dəfədir ki, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edir. Məqsədimiz 2017-ci ildə əldə etdiyimiz nəticədən daha uğurlu çıxış etməkdir. Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı mətbuat konfransında deyib.