Gəncədə Azərbaycan və Özbəkistan ifaçılarının iştirakı ilə “Dostluq” konserti təşkil olunub
14.07.2026 [19:31]
Xəbərin mətni
Mədəniyyət Nazirliyinin və Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə filarmoniyanın yay zalında “Dostluq” adlı konsert proqramı təqdim olunub.