Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 1200-ə yaxın vətəndaş Səyyar ASAN xidmətdən yararlanıb

21.07.2026 [17:06]

Xəbərin mətni

Tarixi torpaqlarımızda bərpa və məskunlaşma prosesi genişləndikcə dövlət xidmətlərinə əlçatanlığın təmin olunması da əsas prioritet istiqamətə çevrilir. Bu məqsədlə Səyyar ASAN xidmət Qarabağda yaşayan əhali üçün fəaliyyətini davam etdirir. Bunu açıqlamasında “ASAN xidmət”in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov deyib.