Azərbaycan Dövlət İnformasiya Agentliyi

“151 il sözün keşiyində”

22.07.2026 [11:00]

Xəbərin mətni

Əkinçi ilə başlayan yol bu gün də davam edir. Bəli, bəlkə də qəzet əvvəlki qədər böyük tirajla çap olunmur. Amma rəqəmsal dövrün sürətinə baxmayaraq, mürəkkəbin qoxusu və çapın izi Azərbaycan mətbuatının tarixini yaşatmağa davam edir. Bir vaxtlar hər hərfi əllə düzülən qəzet səhifələri bu gün müasir avadanlıqların sürəti ilə ərsəyə gəlir. Texnologiya dəyişsə də məqsəd eyni olaraq qalır: həqiqəti çatdırmaq.