Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağbəyi İsmayılov: Milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib

22.07.2026 [20:28]

Xəbərin mətni

XIX əsrin sonlarında nəşrə başlayan “Əkinçi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraq və əks-səda doğurub. Milli maarifçilik hərəkatının əsas dayaqlarından birinə çevrilən qəzetin yazarı, naşiri və redaktoru görkəmli təbiətşünas-alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə başlayan maarifçilik missiyasına dövrün digər qabaqcıl ziyalıları da qoşulublar. Onların birgə səyi nəticəsində “Əkinçi” qəzeti tez bir zamanda milli oyanışın, maarifçilik ideyalarının təbliğ olunduğu mühüm tribunaya çevrilib. Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi”nin ömrü qısa olsa da, Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoyub. AZƏRTAC xəbər verir ki, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.