Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluq: Xüsusilə ağır cinayətlərlə bağlı daha iki cinayət işi məhkəməyə göndərilib

23.07.2026 [17:31]

Xəbərin mətni

Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfər ifşa edilib.