Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub

27.07.2026 [18:04]

Xəbərin mətni

Şuşada “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin ərsəyə gətirdiyi “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” adlı kitabın təqdimat mərasimi keçirilib. Nəşrdə görkəmli ədib Yusif Vəzir Çəmənzəminlinin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu və tərcümələri yer alıb.