Nazir müavini: Məqsədimiz kitabxana xidmətlərini müasir standartlara uyğunlaşdırmaqdır
28.07.2026 [14:06]
Xəbərin mətni
Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanalarda çalışan bir qrup əməkdaşın artıq attestasiyası yekunlaşıb. Attestasiya prosesinin məqsədi həmin sahədə çalışan əməkdaşların peşə biliklərinin qiymətləndirilməsi, eləcə də çalışdıqları vəzifəyə uyğunluğunun müəyyən edilməsi olub. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.