Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Cəfərov: Kitabxanalarda çalışan 1100-dən çox İT mütəxəssisinin qiymətləndirilməsi başa çatıb

28.07.2026 [14:12]

Xəbərin mətni

Mədəniyyət Nazirliyi kitabxanalarda çalışan İT mütəxəssislərinin – proqramçılar, sistem inzibatçıları, multimedia və digər texniki kadrların qiymətləndirilməsini aparıb. Attestasiyada rayon və şəhər mərkəzi kitabxanaları ilə yanaşı, kənd, qəsəbə və filialların da daxil olduğu 1100-dən çox əməkdaş iştirak edib. Bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov jurnalistlərə açıqlamasında məlumat verib.