Mədəniyyət nazirinin müavini: Attestasiya kadrların təlim ehtiyaclarını müəyyənləşdirir
28.07.2026 [14:14]
Xəbərin mətni
Keçirdiyimiz attestasiyanın əsas mahiyyəti həmkarlarımızın peşə hazırlığını yoxlamaqdır və qiymətləndirmə zamanı yalnız müsbət tendensiyaları nəzərə alırıq. Eyni zamanda, proses vasitəsilə əlavə ixtisasartırmaya və ya təlimlərə ehtiyacın olub-olmadığını müəyyənləşdiririk. Bu səbəbdən bəzi kateqoriyadan olan iştirakçıların müvafiq təlimlərə göndərilməsini və ixtisasartırma proqramlarına cəlb olunmasını nəzərdə tuturuq. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.