Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb
28.07.2026 [17:35]
Xəbərin mətni
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahədə bioloji mübarizə tədbirləri genişləndirilir. Bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkədə ilk dəfə olaraq samuray arılarının yetişdirilməsi həyata keçirilib.