Qarabağda və Şərqi Zəngəzurda sahibkarlar üçün xüsusi maliyyə mexanizmləri formalaşdırılır
02.08.2026 [15:33]
Xəbərin mətni
Bölgədə vergi və gömrük güzəştləri tətbiq edilir, sahibkarlar üçün xüsusi maliyyə mexanizmləri formalaşdırılır, investorlara isə geniş dəstək göstərilir. Nəticədə bölgədə iqtisadi inkişafın əsas istiqamətləri kimi kənd təsərrüfatı, logistika, xidmət sektoru, turizm və mədən sənayesi inkişaf etdirilir. Bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.