İcraçı direktorun müavini: Dövlət Neft Fondu üç təhsil layihəsini maliyyələşdirir
04.08.2026 [14:31]
Xəbərin mətni
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsi ildən-ilə yüksəldiyi üçün seçim prosesi də çətinləşir. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə deyib.