Nazirlik rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycanın ən güclü təmsilçiləridir
04.08.2026 [14:54]
Xəbərin mətni
Xaricdə təhsil alan gənclər Azərbaycanın təmsilçisi olduqlarını unutmamalı, ölkələri haqqında formalaşan təsəvvürə davranışları və fəaliyyətləri ilə töhfə verməlidirlər. Bu fikri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə söyləyib.