Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Məmmədov: Sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır

11.08.2026 [12:36]

Xəbərin mətni

Ana dilinin saflığının qorunması, gənc nəslin Azərbaycan dilində düzgün və səlis danışması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə qloballaşma və rəqəmsal mühitin təsirləri bu məsələnin əhəmiyyətini daha da artırır. Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, ana dilinin qorunması milli kimliyin və milli yaddaşın mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.