Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR-ın şöbə rəisi: “Yüksəliş” təkcə müsabiqə deyil, peşəkar inkişaf platformasıdır

11.08.2026 [12:42]

Xəbərin mətni

İdarəetmə bacarığı, liderlik potensialı və intellektual hazırlığı ilə seçilən peşəkarların üzə çıxarılması, ölkədə perspektivli idarəçi kadr ehtiyatının formalaşdırılması məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi bu gün minlərlə insanın inkişaf platformasına çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunmuş müsabiqənin qalibləri birillik mentorluq proqramında iştirak etmək, həmçinin fərdi inkişaf üçün 20 min manat məbləğində pul mükafatı qazanmaq imkanı əldə edirlər. AZƏRTAC altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə videoreportajlara başlayır. Layihənin ilk qonağı müsabiqənin qalibi, SOCAR-ın Korporativ idarəetmə departamentinin şöbə rəisi Faiq Xasayevdir. Onunla müsabiqəyə aparan yol, hazırlıq prosesi və qazandığı uğurun yaratdığı yeni hədəflər barədə söhbətləşdik.