Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir

11.08.2026 [13:36]

Xəbərin mətni

Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması və 16-18 yaş aralığında onların sosial mediadan istifadəsinə valideyn nəzarətinin tətbiqi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addımdır. Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycan qanunvericiliyində azyaşlıların sosial mediadan istifadəsi ilə bağlı mühüm dəyişikliklər həyata keçirilib.