Nurəddin Mehdixanlı: Söz insanın həm gücü, həm də məsuliyyətidir
12.08.2026 [14:50]
Xəbərin mətni
İnsanın dediyi hər söz onun düşüncəsini və dünyagörüşünü əks etdirir. Lakin dilə gətirilən söz artıq yalnız danışana aid olmur, onun cəmiyyətdə müəyyən təsir və nəticələri yaranır. Buna görə də insan söylədiyi fikrin mümkün nəticələrini əvvəlcədən düşünməli, sözünün məsuliyyətini dərk etməlidir. Xüsusilə sosial şəbəkələrdə hər kəsin geniş auditoriyaya müraciət etmək imkanının olduğu bir dövrdə sözə və ifadələrə diqqətli yanaşmaq daha böyük əhəmiyyət daşıyır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı söyləyib.