Azərbaycan Dövlət İnformasiya Agentliyi

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ

12.08.2026 [18:43]

Xəbərin mətni

Uca dağların qoynunda mənzərəsi insanı valeh edən sonsuz yaşıl yamaclar... Bulaqların buz kimi suyu, dağ çiçəklərinin xoş ətri və axşamüstü örüşdən alaçıqlara sarı qayıdan sürülərin ayaq səsləri... Gün yavaş-yavaş dağların arxasına çəkilir, yamaclar kölgəyə bürünür, alaçıqların ətrafında günün son işləri görülür. Qoyunların mələşməsi, çoban itlərinin hürüşməsi, analarını görən kimi onlara tərəf qaçan quzuların səsi və alaçıqlardan burula-burula qalxan tüstülər yaylaq axşamının özünəməxsus mənzərəsini tamamlayır.