Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin rəqəmsal mühitdə qorunmasında vikipediyanın rolu

13.08.2026 [12:40]

Xəbərin mətni

Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması və inkişaf etdirilməsi istiqamətində vikipediyanın Azərbaycan dili bölməsinin imkanları genişdir. Gündəlik olaraq çoxsaylı istifadəçinin müraciət etdiyi platformada Azərbaycan dilində məqalələrin hazırlanması və yayılması dilin internet məkanında istifadəsini genişləndirir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi, vikipediya üzrə mütəxəssis Xəyalə Məmmədli söyləyib.