Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neft qiymətləri bahalaşıb

14.08.2026 [10:48]

Xəbərin mətni

Dünya birjalarında neft qiymətləri bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 87,70 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 81,93 dollar təşkil edib.