Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər
17.08.2026 [11:02]
Xəbərin mətni
Macarıstanın Bugaç şəhərində Türk dünyasının Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) üçüncü iclası keçirilib. Görüş arxeologiya və tarixi irsin qorunması sahəsində əməkdaşlığın praktiki mərhələsinə keçidə və birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.