Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq
20.08.2026 [17:31]
Xəbərin mətni
Bu gün böyük şəxsiyyət, muğam sənətinin görkəmli nümayəndələrindən olan dahi Xan Şuşinskinin 125 illik yubileyidir. Muğam deyəndə ilk növbədə böyük ustadlarımız yada düşür. Xan Şuşinski də Azərbaycan muğam sənətinin ən böyük simalarından, bənzərsiz sənətkarlarından biridir. Bunu AZƏRTAC-a açıqlamasında xanəndə Mirələm Mirələmov deyib.