Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb
20.08.2026 [17:01]
Xəbərin mətni
Xan Şuşinski Azərbaycan klassik muğam məktəbinin ən möhtəşəm simalarındandır. Xüsusilə onun muğamın qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində böyük xidmətləri olub. Bu gün biz onun sənət irsinə yalnız keçmişin qiymətli yadigarı kimi deyil, Azərbaycan muğam məktəbinin mühüm bir parçası kimi yanaşırıq. Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Anar Şuşalı deyib.