Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik

24.08.2026 [21:21]

Xəbərin mətni

Sabahkı oyunu səbirsizliklə və həyəcanla gözləyirik. Əla kollektivə qarşı oynayacağıq, lakin biz də yaxşı komandayıq. İnanıram ki, həm bizim, həm azarkeşlərimiz üçün böyük bir matç olacaq. Bunu “Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.