“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik
24.08.2026 [21:22]
Xəbərin mətni
Səhvlərimizdən dərs çıxardığımıza və müvafiq düzəlişlər etdiyimizə inanıram. Bütün futbolçularım tam sağlamdır və meydana çıxmağa hazırdırlar. Bu oyunu səbirsizliklə gözləyirik. Bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçirəcəkləri cavab oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.