Azərbaycan Dövlət İnformasiya Agentliyi

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ

26.08.2026 [13:36]

Xəbərin mətni

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəblərin açılmasına hazırlıq çərçivəsində valideynlər artıq övladları üçün dərs ləvazimatları, çanta və digər zəruri əşyalarla yanaşı, məktəbli geyimləri də almağa başlayıblar. Xüsusilə avqustun son günlərində satış məntəqələrində məktəbli formalarına marağın artdığı müşahidə olunur.