Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ
28.08.2026 [18:36]
“Yüksəliş” müsabiqəsində qalib olmaq üçün təkcə bilik kifayət etmir, bəzən dayanmaq, yenidən cəhd etmək və öz üzərində çalışmaq da lazım gəlir. Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayevin hekayəsi məhz bu yolun nümunələrindəndir. O, müsabiqədə müəyyən mərhələdə dayansa da, bu nəticəni son deyil, özünü inkişaf etdirmək üçün bir fürsət kimi dəyərləndirib və növbəti cəhdində qalib olub. Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavriat, bank işi üzrə magistratura təhsili almış Rüfət Babayev hazırda Azərbaycan Beynəlxalq Bankında baş məhsul sahibi vəzifəsində çalışır. O, AZƏRTAC-a müsahibəsində “Yüksəliş”də keçdiyi yoldan, qalib olmaq üçün vacib hesab etdiyi bacarıqlardan və müsabiqədən sonra qarşısına qoyduğu hədəflərdən danışıb.