Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib
08.09.2026 [12:52]
Xəbərin mətni
Subsidiya mexanizmində əsas diqqət məbləğin artırılmasından başqa, onun məhsuldarlığının yüksəldilməsinə yönəldilib. Yeni qaydalara əsasən, müasir suvarma sistemlərinin qurulması, aqrotexniki qulluq və sertifikatlı toxum istifadəsi xüsusi təşviq olunur. Bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.