Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir

08.09.2026 [13:30]

Xəbərin mətni

Kənd təsərrüfatında süni intellektin tətbiqinə start verilib. Hər bir fermer Kənd Təsərrüfatı Nazirliyinin xüsusi teleqram kanalı vasitəsilə öz bağ və ya əkin sahəsini qeydiyyatdan keçirərək suvarma, bitki xəstəlikləri və digər aqrar məsələlərlə bağlı operativ məlumat ala bilər. Eyni zamanda, fermerlər məhsullarını hansı bazarlarda sata biləcəkləri və həmin bazarlardakı gündəlik qiymət dəyişiklikləri barədə məlumatlandırılırlar. Bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.