Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir
12.09.2026 [18:08]
Xəbərin mətni
Bu, mənim Qarabağa ilk səfərim deyil. Təxminən iki ayda bir müxtəlif səbəblərlə buraya gəlirəm və dövlətin “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm. Bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.