Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var

12.09.2026 [18:10]

Xəbərin mətni

Bu, mənim Qarabağa ilk səfərim deyil. Həyat yoldaşımla birlikdə ildə azı iki dəfə buraya gəlirik. Hər dəfə də işlərin yaxşı getdiyini görməkdən sevinc və xoş duyğular keçiririk. Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko Azərbaycan diplomatik korpusunun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.