Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tacikistanlı nazir: Bizim üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir

25.09.2026 [14:25]

Xəbərin mətni

Dənizə çıxışı olmayan ölkə kimi Tacikistan üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan regional nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, Mərkəzi Asiya, Çin, Cənubi Asiya, MDB ölkələri və digər regionların bazarları ilə əlaqələrin gücləndirilməsində maraqlıdır. Bu sözləri Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzadə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusundakı panel müzakirəsində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI