Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq
25.09.2026 [14:27]
Xəbərin mətni
Azərbaycan 2027–2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlayır. Strategiyanın əsas istiqamətlərini iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun rolunun artırılması, sənayeləşmə və insan kapitalının inkişafı təşkil edəcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.