Mikayıl Cabbarov: Qarşılıqlı investisiyalar xüsusi əhəmiyyət daşıyır
25.09.2026 [14:28]
Xəbərin mətni
Qlobal proseslər təkcə ayrı-ayrı ölkələrə deyil, müxtəlif regionların bazarlarına da birbaşa təsir göstərir. Hazırkı şəraitdə bu proseslərin mümkün iqtisadi nəticələrinin və bazarlara təsirinin düzgün qiymətləndirilməsi vacibdir. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.