Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Bayramlı: “SkillBridge” layihəsi gənclərin məşğulluq imkanlarını genişləndirəcək

19.10.2026 [15:30]

Xəbərin mətni

“SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində dörd yeni emalatxana yaradılıb. Burada əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyası nəzərdə tutulur. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib.